Ağçay kənd kitabxanasında 15 İyun Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

15:22 | 10 İyun, 2019

15 iyun Milli Qurtuluş günü ilə əlaqədar məktəblilərə “Tarixin dərinlikıərindən süzülüb gəlmiş Azərbaycan” adlı məlumat saatı təşkil olunmuşdur. Kitabxana işçisi Sevinc Abakarova tədbiri açaraq vildirdi ki, tariximizə Milli Qurtuluş günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993- cü il iyunun 15- də yenidən hakimiyyətə qayıtması xalqımızın coxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.
9-cu sinif şagirdi Cumazadə Ülviyyə “Milli Qurtuluşumuzun zəfər yürüşü” adlı məruzəsi ilə çıxış etdi. Tariximizə Milli Qurtuluş kimi daxil olmuş onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Xalqımızı Milli Qurtuluş günü münasibətilə təbrik edir, dövlətimizə əbədi və sarsılmaz müstəqillik arzulayırıq.