Respublikanın qabaqcıl məktəbi – Qax şəhər 2 saylı məktəb-lisey 40 illiyini qeyd edəcək

15:33 | 10 İyun, 2019

İyunun 14-də hər bir ümumi təhsil müəssisəsinin ərazisində “Son zəng” tədbiri təşkil olunacaq. Təhsil naziri Ceyhun Bayramovun bununla bağlı imzaladığı əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə edilib.
Respublikanın qabaqcıl məktəbi – Namiq Allahverdiyev adına Qax şəhər 2 saylı məktəb-lisey də İyunun 14-də 40 illiyini qeyd edəcək. Neçə-neçə alim, ziyalı və tanınmış ictimai-siyasi xadimlər yetirmiş bu məktəb nəinki Qaxda, bütün Respublikada sayılıb-seçilən orta təhsil müəssisəsidir.