Qaxın Alatəmir kəndində fərdi yaşayış evi yanıb

18:59 | 10 İyun, 2019

Qaxda fərdi yaşayış evi yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında rayonun Alatəmir kəndində Tartaraşvili Barda Platonoviçə məxsus, ümumi sahəsi 160 kv. m olan, birmərtəbəli kürsülü fərdi yaşayış evində yanğın  baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.