Qaxda ağır yol qəzası baş verib, yaralılar var

16:00 | 11 İyun, 2019

Qax rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zaman xəsarət alan şəxslərin adları məlum olub.

“Report”un yerli bürosu xəbər verir ki, qəzaya düşən şəxslər Sumqayıt şəhərindən Qax rayonuna yas mərasiminə gəliblərmiş. Yaralılar “təcili yardım” maşınları ilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Yaralılar:

1941-ci il təvəllüdlü Qərib Əliyev,

1938-ci il təvəllüdlü Elman Əliyev,

1982-ci il təvəllüdlü Kəmalə Sayılova,

1980-cı il təvəllüdlü Ağayev Aqşin.


*** 10:09

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə  Qorağan-Qax avtomobil yolunun 11-ci kilometrliyində, rayonun Meşəbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ağayev Aqşin Xəlilağa oğlu idarə etdiyi  “Cherry” markalı avtomobil ilə hərəkətdə olan zaman avtomobili idarətetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə avtomobil yanıb.

Qəza zamanı 4 nəfər xəsarət alıb.