İcra başçısı Musa Şəkiliyev Qaşqaçay kəndində növbəti  səyyar qəbul-görüş  keçirib

17:31 | 13 İyun, 2019

11 iyun 2019-cu il tarixdə rayonun Qaşqaçay kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti  səyyar qəbulu-görüşü  keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən    müraciətlər   qəbul  olunmuşdur.
Müraciətlər   lizinq yolu ilə cins malın alınmasına köməklik göstərilməsi, kənd uşaq bağçasında elektrikli plitənin təmirinə köməklik göstərilməsi və kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsinin ayrılmasına köməklik  göstərilməsi  ilə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.