Qax sakini olan xərçəng xəstəsinin atası hər kəsə təşəkkür etdi

04:05 | 14 İyun, 2019

Xərçəng xəstəsi 24 yaşlı Sərxan Məmmədlinin müalicəsi üçün lazım olan maddi vəsait toplanıb. Bu haqda Yeniavaz.com – a Sərxanın atası məlumat verib.
O kömək edən hər kəsə minnətdarlığını bildirib: “Çox şükür, Sərxanın müalicəsi üçün lazım olan miqdar toplandı. Hər kəsə minnətdarlığımızı bildiririk. Allah sizlərdən razı olsun. Sərxan hal-hazırda Türkiyədə yoxlanışdadır. Ümid edirik ki, ən qısa zamanda kimya-terapiyaya başlanacaq və o əvvəlki sağlamlığına qovuşacaq. Bir daha hər kəsə minnətdarlığımı bildirirəm”.