Gəncə sakini Qaxda özünü bıçaqlayıb – ailə münaqişəsi

11:09 | 17 İyun, 2019

Bu gün səhər saat 07:00 radələrində Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Elgiz Ələddin oğlu Mahmudov qarın boşluğunun sağ nahiyəsində kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax rayonu Əmircan kəndində baş verib.

Əmircan kəndində yaşayan qayınatasıgilə qonaq gələn E.Mahmudov ailə münaqişəsi zənmində bıçaqla özünə xəsarət yetirib. E.Mahmudovun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.