Mədəniyyət nazirinin müavini Qaxda vətəndaşlarla görüşüb

16:22 | 21 İyun, 2019

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Qax rayon Heydər Əliyev Mərkəzində Qax rayonundan olan vətəndaşlarla görüşüb.

Nazir müavini Rafiq Bayramovun iştirak etdiyi qəbulda Qax rayon sakinləri tərəfindən C.Cabbarlı adına Mərkəzi kitabxanada və S.Vurğun adına Mədəniyyət Mərkəzində istilik sistemlərinin quraşdırılması, rəsm qalereyasına yeni əsərlərin verilməsi, Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmir olunması və ekspozisiyasının yenidən qurulması, fəxri adın verilməsi, işlə təmin olunma və digər məsələlər barədə müraciətlər səsləndirilib.