Qaxda gənclər qəza törədib, yaralılar var

11:04 | 26 İyun, 2019

Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, gecə saatlarında Qax-İlisu avtomobil yolunda hərəkət edən minik avtomobili ağaca çırpılıb və nəticədə 3 nəfər xəsarət alıb.

Xəsarət alan Qax sakinləri – 18 yaşlı Eldar Vüqar oğlu Paşayev, 19 yaşlı Ülfət Teymur oğlu Əhmədzadə və 18 yaşlı Emil Araz oğlu Xəlilli ağır bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Məlumata görə, onların hər üçünün vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.