YAP Qax rayon Təşkilatı Qadınlar Şurasının fəalları əsgərlərlə birlikdə bayramı qeyd ediblər

19:01 | 26 İyun, 2019

Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə YAP Qax rayon Təşkilatı Qadınlar Şurasının fəal xanımları rayonda yerləşən “N” saylı hərbi hissədə xidmət edən əsgərlərlə görüş keçirib.

 YAP Qax rayon Təşkilatı Qadınlar Şurasının sədri Sevil Əsgərova Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu və inkişafı istiqamətində əldə edilən uğurlardan danışıb.