Qax rayonu İbaxlı kəndində yırtıcı heyvanlar insanlara hücum edib

23:15 | 28 İyun, 2019

Yırtıcılar Qax sakinlərinə ziyan vurublar

Əsasən qış aylarında kəndlərə hücum edən yırtıcı heyvanlar bu dəfə yayda peyda olublar. Hadisə Qax rayonunun İbaxlı kəndində baş verib.

Kənd sakini Zöhrab Mustafayevə məxsus iribaşlı heyvan canavarların hücumuna məruz qalıb. Növbəti gün isə Z. Mustafayevin oğlu Sərxan Mustafayevə məxsus inək yırtıcıların hücumuna məruz qalıb. Hər iki heyvanı xilas etmək mümkün olmayıb.

Kənd sakinlərinin sözlərinə görə, yay aylarında yırtıcıların, xüsusi ilə canavarların hücumu gözlənilməz hadisədir.

Şahpəri Abbasova, Sputnik Azərbaycan