Qax rayonu Zərnə kəndinə yağan dolu təsərrüfata ziyan vurub

22:10 | 7 İyul, 2019

Qax rayonuna dolu yağıb. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayon ərazisində günün ikinci yarısından etibarən davam edən qeyri-sabit hava şəraiti nəticəsində Zərnə kəndinə dolu düşüb.

Kənd sakinləri “Report”un yerli bürosuna bildiriblər ki, dolu yağması təxminən 10 dəqiqə davam edib və dolunun ölçüsü qoz boyda olub.

Dolu nəticəsində təsərrüfatlara ziyan dəydiyi bildirilir.