Qax rayonu şahmat mərkəzinə çevrilir – Respublika Şahmat Olimpiadası məhz burada keçiriləcək

21:46 | 8 İyul, 2019

İyulun 12-də Qax Olimpiya İdman Kompleksində Respublika Şahmat Olimpiadası start götürəcək.

AZƏRTAC xəbər verir ki, yarışda 16 yaşadək şahmatçılar mübarizə aparacaqlar. İyulun 21-dək davam edəcək turnirdə 500-ə yaxın şahmatçı iştirak edəcək.

Respublika Şahmat Olimpiadasının baş hakimi Qüdrət İsmayılov olacaq.