Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

10:38 | 11 İyul, 2019

Qax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 93-cü kilometrliyində, rayonun Qorağan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala rayon sakini 1955-ci il təvəllüdlü Məmmədvəli Xanlar oğlu Nəsibovun idarə etdiyi 08-BJ-023 dövlət qeydiyyat nişanlı “Kia” markalı avtomobillə Qaxın Almalı kənd sakininin idarə etdiyi “VAZ-2107” markalı digər avtomobil toqquşub.

Nəticədə “VAZ”da olan sərnişinlər xəsarət alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.