Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin Qaxda vətəndaşları qəbul vaxtı dəyişdirilib

19:42 | 11 İyul, 2019

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyulun 30-da Qax rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, qəbul iyulun 25-də keçiriləcək.

Qeyd edək ki, DQİDK sədrinin müavinlərinin keçirəcəyi vətəndaş qəbullarının tarixi dəyişilməz olaraq qalıb. Qəbullar 30 iyul tarixində Zaqatala və Balakən rayonlarında keçiriləcək.