İcra başçısı Musa Şəkiliyev Əmircan kəndininin sakinləri ilə görüş keçirib

17:25 | 12 İyul, 2019

02 iyul 2019-cu il tarixdə rayonun Əmircan kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olunmuşdur.
Müraciətlər içməli suyun verilişindəki qrafikdə dəyişiklik edilməsi, qəzalı elektrik dirəklərinin dəyişdirilməsi, vətəndaşın həyətindəki qəzalı elektrik dirəyinin yerinin dəyişdirilməsi ilə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.