Qaxda Respublika Şahmat Olimpiadası start götürüb – ölkənin ən güclü şahmatçıları Qaxa toplaşıb

18:35 | 12 İyul, 2019

Bugün Qax Olimpiya İdman Kompleksində Respublika Şahmat Olimpiadası start götürüb. Aşılış mərasiminin bədii hissəsi Qax rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanıb.

Yarışda 16 yaşadək şahmatçılar mübarizə aparacaqlar. İyulun 21-dək davam edəcək turnirdə 500-ə yaxın şahmatçı iştirak edir.

Respublika Şahmat Olimpiadasının baş hakimi Qüdrət İsmayılovdur.