“Mustafa sizdən və bizdən getdi!” – Paşa Məmmədov İlisuyskiy iş adamı Mustafa Muxtarovun vaxtsız vəfatından yazdı

23:46 | 16 İyul, 2019

Ötən gün Qax rayonunda böyük nüfuz sahibi olan iş adamı Mustafa Muxtarov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Sosial şəbəkələrdə minlərlə insan, qaxlılar mərhum Mustafa Muxtarov barədə ürək sözlərini paylaşırlar.

Ukraynada yaşayan tanınmış iş adamı və siyasətçi, Qaxlılar arasında nüfuz sahibi olan Paşa Məmmədov İlisuyski də özünün Facebook səhifəsində mərhum Mustafa Muxtarov barədə ürək sözlərini paylaşıb: “Bugün çox sarsıdıcı və üzücü bir xəbər aldım, çox məyus oldum. Dostum, qohumum, sirdaşım Mustafa Mukhtaroff şərəfli həyat yolunu bitirdi. Ölüm haqqdır, lakin qəlbimiz sarsıldı Əziz qardaşım, Allah Rəhmət eləsin! Ailə üzvlərində, yaxınlarına dərin hüznlə baş sağlığı verirəm, Allahdan sizlərə səbr diləyirəm! Mustafa xeyirxax, mərd, Qarabağ muharibəsi könüllüsü Qaxımızın və ümumən Azərbaycanımızın iğid oğludur, Mustafa sizdən və bizdən getdi! Bir daha Gunel Mustafa Mukhtarova Pervane Abdullayeva Mukhtarova öz ailəm adından dərin hüzünlə baş sağlığı verirəm, Allah Rəhmət eləsin.”