Tanınmış qadın məşqçi Dilarə Əhmədova Qax rayon məhkəməsində hücuma məruz qalıb, xəsarətlər alıb

12:54 | 18 İyul, 2019

Qax.org.az saytının əldə etdiyi məlumata görə, Respublikasının Əməkdar Məşqçisi, ölkə başçısı Cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş tanınmış idman ustası Dilarə Əhmədova Qax rayon Məhkəməsinin inzibati binasında fiziki hücuma məruz qalıb.
Qax rayon Lələpaşa kənd sakinləri Səməd Şirinov və onun qızı Nailə Nizaməddinli rayon məhkəməsinin inzibati binasında Dilarə Əliyevaya arxadan hücum edərək, başına zərbələr endiriblər. Zərbələrdən huşunu itirən Dilarə Əhmədova Qax rayon Mərkəzi Xəstəxanasında müayinədən keçib. Dilarə Əhmədova zərərçəkmiş qismində Qax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.
Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə cinayət işi başlanılıb, araşdırma gedir. Məsələni gündəmdə saxlayacağıq.