Respublika Şahmat Olimpiadası: sumqayıtlı şahmatçılar ilk pillədə qərarlaşıblar

21:28 | 19 İyul, 2019

Qax Olimpiya İdman Kompleksində 16 yaşlı yeniyetmələr arasında keçirilən Respublika Şahmat Olimpiadasında doqquzuncu turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, doqquz turun nəticəsinə görə, “A” qrupunda Səbinə Rzalı liderliyini davam etdirir. Sumqayıt şahmat məktəbinin yetirməsi 8,5 xalla turnir cədvəlində birinci yerdədir. “B” qrupunda da ilk pillədə sumqayıtlı şahmatçı qərarlaşıb. Doqquz oyundan 8 xal toplayan Yunis Mahmudzadə birincidir.

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət turnirdə 551 şahmatçı yarışır.