Qax rayonunda yanğının qoruq ərazisinə keçməsinin qarşısı alınıb

13:11 | 20 İyul, 2019

Qax rayonunda yanğının qoruq ərazisinə keçməsinin qarşısı nazirliyin əməkdaşlarının, yerli sakinlərin və yanğınsöndürənlərin fədakarlığı sayəsində alınıb.

“Report”ın məlumatına görə, bu barədə ETSN-nin departament direktoru Hikmət Əlizadə jurnalistlərə bildirib.

“Əgər belə fədakarlıq göstərilməsəydi Qax rayonu Xlrsa və Ağyazı kəndləri ərazisində kimlərinsə kövşən və biçənəkləri yandirması səbəbindən İlisu Dövlət Təbiət Qoruğunun sərhədləri yaxınlığında baş verən yanğın qoruğun meşə sahəsinə keçə bilərdi və təbiətə böyük ziyan dəyərdi. Buna görə yaxınlıqdakı kəndlərin sakinlərinə, yerli qurumlarımızın əməkdaşlarına, FHN-nin əməkdaşlarına çəkdikləri əziyyətə, göstərdikləri şücaətə görə nazirliyimiz adından minnətdarlıq bildirirəm. Xatırladaq ki, 19 iyul 2019-cu il tarixində İlisu qoruğunun sərhədləri yaxınlığında baş vermiş yanğın ETSN-nin yerli qurumlarının 150 -dək əməkdaşının, yerli sakinlərin, həmçinin FHN-nin yerli yanğın söndürənlərinin səyləri nəticəsində axşam saatlarında tam söndürülüb”, – deyə direktor bildirib.