Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib

23:44 | 22 İyul, 2019

İyulun 22-də Vergilər nazirinin müavini Mətin Eynullayev Qax şəhərində yerləşən Vergiödəyicilərinə xidmət mərkəzində vətəndaşları qəbul edib.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbulda Qax, Zaqatala və Balakən rayonlarından olan sakinlər iştirak ediblər. Görüş zamanı vətəndaşlar əsasən vergi qanunvericiliyi və inzibatçılığı, vergi nəzarəti tədbirlərinin nəticələrinə yenidən baxılması, həmçinin vergi orqanlarına işə qəbulla bağlı bir sıra məsələlərlə əlaqədar müraciət ediblər.

Vətəndaşların müraciətləri dinlənilib, onların bəziləri yerindəcə həll olunub, digərləri barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Facebookda şərh edin