Qaxda arvadı komada olan ər özünü şüşə qırıntıları ilə doğradı

00:25 | 4 Avqust, 2019
Qaxda həyat yoldaşı ağır xəstə olan şəxs özünə xəsarət yetirib.

Hadisə günorta saatlarında baş verib.

Belə ki, rayon sakini Abdurahmanov Adil Yahya oğlu özünü şüşə qırıntıları ilə doğrayıb.

Qax rayon Xəstəxanasından verilən məlumata görə, xəstəyə aşağı və yuxarı ətrafların qarın nayihəsinin çoxsaylı kəsilmiş-cırılmış yarası diaqnozu qoyulub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Adil özünə qəsd etmə səbəbini həyat yoldaşının vəziyyətinin ağır olması ilə əlaqələndirib.

Qeyd edək ki, onun həyat yoldaşı Abdurahmanova Nərmin  xəstəxananın reanimasiya şöbəsində müalicə alır. Həkimin dediyinə görə, xəstə koma vəziyyətindədir.