Qaxda kürəkən qayınananın həyətində yanğın törətdi – Fotolar

00:35 | 4 Avqust, 2019

Qaxda kürəkən qayınanasına əsəbiləşərək yanğın törədib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gecə saatlarında Ləkit kənd ərazisində yerləşən fermada baş verib.

Belə ki, həmin fermada yaşayan, əslən Zaqatalanın Gözbarax kəndindən olan ailənin qızı, 1991-ci il təvəllüdlü Nərmin Məmmədova dörd ilə yaxındır ki, həmkəndlisi Nicat Soltanovla ailə qurub.

Dəfələrlə münaqişə yaşadığını deyən Məmmədova iki gün əvvəl övladını da götürərək həmin fermaya, valideynlərinin yanına gəlib. Gecə saatlarında həmin əraziyə gələn Nicat Soltanov xanımını çölə cağırıb. Valideyinləri onun qıza xəsarət yetirəcəyindən qorxaraq buna icazə verməyiblər.

Ev sahibi Xuraman Məmmədova bildirib ki, kürəkəni Nicat onlara inad edərək həyətdə olan yardımçı tikiliyə od vurub. Tikilidə ev sahiblərinə məxsus, dəyəri 1000 manat olan 500 ot bağlaması tamamilə yanıb.

Bununla yanaşı, həmin ərazidə arıçılıqla məşğul olan insanlara da xeyli ziyan dəyib.

Mübariz Muradov