Güllük kənd kitabxanasında “Yay məktəbi” davam edir

14:53 | 5 Avqust, 2019

Qax rayonu Güllük kənd kitabxanasında “Yay məktəbi” davam edir. Məktəblilərin asudə vaxtlarından səmərəli istifadə etmələri üçün kitabxanada tez-tez müxtəlif mövzularda tədbirlər keçirilir. Bugünkü tədbir “Uşaq fantaziyaları” adlanır. Tədbirdə uşaqların müxtəlif mövzularda çəkdiyi rəsmlər və əl işləri nümayiş etdirilib.