Qax Mədəniyyət Mərkəzində Seyid Şuşinskinin 130 illiyi ilə əlaqədar tədbir keçirilib

13:12 | 8 Avqust, 2019

“Muğamatımızın Seyidi” – Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində 7 Avqust tarixində Muğam Ustadı Seyid Şuşinskinin 130 illiyi ilə əlaqədar keçirilmiş tədbir belə adlandırılırdı. Rayon ictimaiyyəti nümayəndələrinin, mədəniyyət işçilərinin, ziyalıların, xanəndələrin, ADMİU-nin vakal-estrada kafedrasının müəllimi İntiqam Kərimovun, həmyerlimiz hüquq müdafiəçisi Əhməd Şahidov iştirak etdiyi tədbirdə görkəmli muğam ustadının həyat və yaradıcılığından geniş söhbət açılmış, onun həm mahir xanəndə, həm də peşəkar pedaqoq olduğu vurğulanmışdır.

Qax rayon İncəsənət məktəbinin muğam şöbəsinin müəllimi Hümmət Əliyev, Xanəndə Nizami Babayev, Mədəniyyət Mərkəzinin bədii rəhbəri Əfrayim Yahyayev, müğənni Xuraman Camalova gözəl musiqi nömrələri ilə çıxış etdilər.