Mustafa Muxtarovın qızı öz atası barədə duyğusal paylaşım etdi: “Mənə deyirdi sən deputat olmalısan”

00:45 | 10 Avqust, 2019

Ötən ay dünyasını dəyişən iş adamı Mustafa Muxtarovun qızı Günel Muxtarova özünün Facebook səhifəsində atası barədə xatirələrini bölüşüb. Qax.org.az saytı olaraq, Günel xanım Muxtarovanın paylaşımını olduğu kimi (orfoqrafik səhvlər saxlanılmaqla) təqdim edirik…

“Camal oğlu Mustafa bay’a!

Heyatımın nece sıradan ve sıxıcı olduğundan şikayetlendiyim günlerde heyatımıza bir bomba kimi düşdü Atamın xesteliyi. Hekimi, dermanları heç vaxt yaxınına buraxmayan dağ kimi Atam, son 1 ilini hekimler ehatesinde, sistemler, dermanlarla keçirdi. Xestelik ele hiyleger idi ki, son merheleye çatmamış özünü göstermedi, içden içe yeyib bitirdi menim gülüzlü Atamı. Bütün ağrılara, zehmetlere baxmayaraq, menim Atam ele inamlı idi ki, heç özüne xeste adını bele yaraşdırmırdı. “Xestesen” deyilende esebleşib deyerdi, “menim yadıma salmayın, men xeste deyilem, düzelmişem”. Xestelikden qabırğası sınmışdı; amma o bir defe de olsa “ah-uf” elemedi. İndi keçmiş zamanda onun haqqından danışmaq çox çetin gelir, qebul elemek ağır gelir ki, o yoxdu.

Neçe ildir ki, biz Bakıda, o Anamla Qaxda idi, ancaq biz her gün en azı 2 defe telefonda, 1 defe de video görüntülü danışardıq. Telefonu nece de olsa, şen sesiyle “ can balam, can balım” deye açardı. Soruşanda necesen “ Ata yaxşıyam balam, xestelikden evvelki Ata olmuşam” deyerdi. Kirpikleri, qaşları tökülmüşdü. Şeklini çekdirirdi, gözlerinin, soruşurdu neçe dene kirpiyim qalıb. Qaşları çıxanda uşaq kimi sevinirdi, zarafat edirdi ki, axşamlar qaşlarımın sesini eşidirem ki, çıxmağa başlayıblar.

Nece sevirdi o bizi, nece ferx edirdi. Tez tez deyerdi, “Ata nece fexr edirem sizin kimi övladlarla”. Atanın qızları oxumasına teşviq elemesi qeyri-adi bir şey deyil, ancaq Qax kimi balaca bir rayonda, oğlan uşaqlarına gösterilen diqqeti, inamı, desteyi menim Atam qız uşaqlarına da ayırırdı. “Oxuyun, mütleq oxuyun. Ne qeder bacarırsız, gezin, öyrenin, millet üçün çalışın”. Hetta özü de hele de oxumaq, öyrenmek isteyirdi. Deyirdi mene xaricde universitet tapın qiyabi oxuyaram, ya da nese telimler tapın.

Son aylarda mene sual vermişdi, “ay qızım, indi sen böyüyende ne olacaqsan?”, men de güle güle demişdim ki, “ daha bundan artıq ne qeder böyüyecem?”. Yox, “sen deputat olmalısan, Türkan da, Elmir de, sen de faydalı olmalısız”. Demelidiler ki, Muxtarovların vaxtında hamı rifah içinde yaşayırdı”. Atam heqiqeten milleti ile nefes alırdı, bütün günü siyasi xeberlere qulaq asırdı, onunla da yuxuya düşürdü.

Ele yuxuda da rehmete getdi. Rahat şekilde, öldüyünü bilmeden öldü. Heç kese eziyyet vermeden, incitmeden. İndi onu itirmişem, amma men en çox ağrıları ele onun yaşadığı vaxtda, onun öleceyini bile bile yanında gülmeye çalışanda keçirmişem. Düz 1 il evvel Bakıda mene “ortalama bir il yaşıyacaq” deyende men yas tutmağa başlamışdım içimde. Ne qeder inkar edib, kiçik statistikalara tutunub, ümid elesem de, yox en azından kimyaterapiyalar onu 2-3 il heyatda saxlayar, sonra da dermanı tapılar, Atam düzeler deye fikirleşsem de, men artıq özümü hazırlayırdım. Her defe yeni bir pis xeberde, 2 deqiqe vaxtım olurdu ki, men xeberin ciddiliyini derk eleyim, hezm eleyim ve onun necese bir yaxşı terefini tapıb, onu Atamla nefes alan Anama, yaşlı babama başa salım.

Her onu qucaqlayanda, öpende, elinden tutanda fikirleşirdim ki, son neçenci defedi bu. Müalice vaxtı yolda ya çiynimde, ya dizimde yatardı, men de sığallıyardım onun qırışlar düşen alnını. Fikirleşirdim ki, sonra nece çox axtaracam vaxtları. Çox xoşbext övladam ki, Atamla bağlı heç bir peşmançılığım yoxdu. Her zaman fexrle demişem onun qızıyam deye. İçim çox rahatdı ki, o sevildiyini bile bile yaşadı. Çox yaxşı bilirdi ki, biz onu nece çox sevirik, çünki özü kimi, biz de tez-tez dile getirirdik. Qaxda olanda her seher qucaqlayar, her axşam da öpüb sağollaşardıq. Rehmete getmemişden 1 hefte evvel hamımız birlikde idik, plan qururdu ki, Qaxa gedek, İlisuda bütün aile “yıldızların altında” yemek yeyek. İndi özü ulduzların altında tek yatır, biz de hamımız birlikde her zaman onu adını xoş xatirelerle çekirik ve her defe öz yurdunun ulduzlarının altında hamılıqla yemek yeyende biz onun adını çekeceyik defelerle. Men bilirem ki, o bizi 100% izleyir. İndi bize onun ardınca yerle yeksan olmadığımız üçün sevincli gözlerle baxır, çünki o bizi kimdense asılı olaraq böyütmeyib. Bizi ağlayan, yazıq görmek en çox onu üzerdi, ona göre daha yaxşı olmaq, özü bizi hansı deyerlerle yetişdiribse, onlarla yaşamaq lazımdır. Adını yaşatmaq lazımdır. Men Atam 54 yaşında öldü deye üzülmürem, onunla niye daha çox illerim olmadı deye üzülmürem. Men Atamla güclü, hamı qısqandıran bir bağla yaşadığım üçün sevincliyem. Onu doya doya qucaqlayıb, vaxt keçire bildiyim üçün şanslıyam. 54 illik heyatına çox şeyler sığdıra bildiyi üçün fexr edirem. İndi eskik olan onun sadece bedenidi, biz heç vaxt onsuz olmayacağıq, çünki heyatımızın her hissesinde onun pota barmaqlarının izi, her yerde onun etri var. Sene çox darıxmışam ve seni çox sevirem, can Atam. Hardasansa, daha da yaxşı, bizden de rahat ol!”