Qax sakini Şəkidə faciəvi şəkildə ölüb – avtomobillər arasında əzilərək dünyasını dəyişib

18:27 | 18 Avqust, 2019

Qax sakini Şəkidə faciəvi şəkildə ölüb.

“Report”un Şimal-qərb bürosunun görə, hadisə bu gün Yevlax-Zaqatala-Gürcüstan yolunun, Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, magistral yolda Qax sakini Zaur İbrahimovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilində nasazlıq yaranıb. O, avtomobili “KaMAZ” markalı yük avtomobilinə qoşaraq ərazidən aparıb.

Sürücü daha sonra qoşqunu açmaq istəyərkən avtomobillərdən biri hərəkətə gəlib və yük avtomobilləri arasında qalan sürücü əzilərək faciəvi şəkildə ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Məlumata görə, dünyasını dəyişən şəxs “Mercedes” markalı yük avtomobili ilə meyvə-tərəvəz daşımaqla məşğul olub.

Faktla bağlı araşdırma aparılır.