Qaxda çayxanada kişi öz tanışı tərəfindən bıçaqlanıb

10:39 | 20 Avqust, 2019

Bu gün axşam saat 22:30 radələrində Qaxın Turaclı kəndində fəaliyyət göstərən çay evinin qarşısında bıçaqlanma hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Turaclı kənd sakini, 32 yaşlı Vasif Variyat oğlu Bəşirov mübahisə zənmində tanışı tərəfindən bıçaqlanıb. Sağ dirsəyindən, sol baldırından və sol əlindənkəsilmiş-deşilmiş bıçaq yaraları xəsarəti alan V. Bəşirov Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun üzərində hazırda cərrahiyyə əməliyyatı aparıldığı bildirilir.