İcra başçısı Musa Şəkiliyev Sarıbaş kəndininin sakinləri ilə görüş keçirib

13:52 | 23 Avqust, 2019

21 avqust 2019-cu il tarixdə rayonun Sarıbaş kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olmuşdur. Müraciətlər kəndə gedən yolda Kürmük çayının üzərində körpü salınması, odun tədarükü ilə bağlı köməklik göstərilməsi, kəndin tibb məntəqəsinə kadrın təyin olunması, fermerlərin sərhədyanı ərazilərdə qarşılaşdıqları çətinliklərin həllinə köməklik göstərilməsi, kənddə turizmin inkişafı məqsədi ilə ekoturizmin, aqroturizmin inkişaf etdirilməsi ilə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.