Səhiyyə nazirinin müavini Qax rayon sakinlərini qəbul edəcək

12:27 | 26 Avqust, 2019

Səhiyyə nazirinin müavini Elsevər Ağayev Zaqatala və Balakən rayon sakinlərini əvvəlcədən elan edildiyi kimi avqustun 30-da deyil, sentyabrın 6-da qəbul edəcək. Nazir müavini Rahim Əliyev isə Şəki və Qax rayon sakinlərini sentyabrın 13-də qəbul edəcək.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və rəyləri dinləniləcək, lazımi tədbirlər görüləcək.

Facebookda şərh edin