Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Qax sakinlərini qəbul edəcək

22:16 | 29 Avqust, 2019

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 19-da saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Şəkidə Oğuz, Qəbələ və Şəki rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin gün saat 10:00-da xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Zaqatalada Balakən, Qax və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların sentyabrın 16-dək Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Facebookda şərh edin