Qaxda idarəetmədən çıxan avtomobil dərəyə yuvarlanıb

01:52 | 31 Avqust, 2019

Axşam saatlarında Qax-İlisu avtomobil yolunun Qaxın İlisu kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, 26 yaşlı yerli sakin Məmmədov Rafiq Süleyman oğlunun sükanı arxasında olduğu “10-TT-413” dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq, Kürmük çayının sol sahilinə, təqribən 20 metr dərinliyə yuvarlanıb.

Deformasiyaya uğramış avtomobildən çıxarılan R.Məmmədov Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralıya alın nahiyəsinin kəsilmiş və cırılmış yaraları diaqnozu qoyulub, vəziyyəti orta-stabildir.

Faktla bağlı araşdırma aparılır.

Facebookda şərh edin