Qax sakini şüşə ilə özünə xəsarət yetirdi

12:55 | 4 Sentyabr, 2019

Qax sakini özünə xəsarət yetirib.

Ötən gün axşam saatlarında rayon sakini Elşən Ağayev Qax  Mərkəzi Xəstəxanasına sağ qolun kəsilmiş yarası ilə daxil olub.

Xəstəxanadan verilən məlumata görə, müayinə zamanı məlum olub ki, E.Ağayev şüşə ilə özünə xəsarət yetirib. Yaralıya sağ saidin ön səthinin şüşə ilə kəsilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.