Azərbaycanda icra başçılarının əsl peşələri: həkim, baytar, müəllim, meşəbəyi…

15:24 | 4 Sentyabr, 2019

Azərbaycan ərazisində mövcud olan respublika tabeli 10 şəhər və 56 rayona (Naxçıvan MR rayonları istisna olmaqla) rəhbərlik edən şəxslərin əksəriyyəti ixtisasca mühəndisdir.
Qax.org.az şəhər və rayon icra hakimiyyəti başçılarının rəsmi tərcümeyi halına istinadən bildirir ki, icra başçıları əsasən iqtisadçı, tarixçi, hüquqşünas,  politoloq  ixtisaslarına sahibdirlər.
Azərbaycanda yeganə xanım icra başçısı olan Abşeron rayon İcra Hakimyyətinin başçısı İradə Gülməmmədova eyni zamanda ixtisasca həkim olan yeganə icra başçısıdır.
Qəbələ və Ağdaş rayonlarının icra başçıları –  Səbuhi Abdullayev və Tofiq İbrahimovun rəsmi tərcümeyi hallarında onların hası peşə sahibi olduğu və daha əvvəl harada işlədikləri barədə məlumat yoxdur.
Şəhər və rayon icra hakimiyyəti başçılarının peşəsi və əvvəlki iş yerləri:

Peşəsi – əvvəlki iş yeri
Bakı Eldar Əzizov Tarixçi – Azərbaycan Komsomolu və Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitələrinin katibi
Gəncə Niyazi Bayramov Hüquqşünas – Fövqəladə Hallar Nazirliyinin Qarabağ və Sumqayıt Regional Mərkəzlərinin rəisi
Sumqayıt Zakir Fərəcov İqtisadçı (Sənaye) – Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, baş direktorun müavini, baş direktor
Lənkəran Taleh Qaraşov Mühəndis və politoloq  – “Şirvanmeliosutikinti” trestində mühəndis
Şəki Elxan Usubov Mühəndis və iqtisadçı – Biznes fəaliyyətilə məşğul olub.
Yevlax Qoca Səmədov Mühəndis –  Yevlaxdakı “Qafqaz” Kooperativinin sədri
Mingəçevir İlham İsmayılov Mühəndis – Azərbaycan Dövlət İstilik Elektrik Stansiyasında növbə rəisi
Şirvan Mərdan Camalov Müəllim və iqtisadçı – Ağacanlı kəndi 8 illik məktəbdə müəllim. Əli Bayramlı şəhər Süni dəri zavodunda müxtəlif vəzifələrdə
Naftalan Rövşən İbrahimov Mühəndis (inşaat) – SOCAR-da Sosial İnkişaf İdarəsinin Tikinti Departamentinin rəisi
Naxçıvan Mirsənani Seyidov Naxçıvan MR Ali Məclisi Aparatında şöbə müdiri və Naxçıvan MR Nəqliyyat naziri
Xankəndi
Abşeron İradə Gülməmmədova Həkim (Pediatr) –  Abşeron rayon uşaq poliklinikasının baş həkimi
Ağcabədi Şahin Məmmədov İqtisadçı – Birləşmiş Universal Səhimdar Bankının Bərdə rayon filialının müdiri
Ağdam Vaqif Həsənov Tarixçi, neftçi, politoloq – Neft Qaz Çıxarma İdarəsində müxtəlif vəzifələrdə
Ağdaş Tofiq İbrahimov
Ağstafa Nizaməddin Quliyev İqtisad elmləri namizədi –
Ağsu Ənvər Seyidəliyev “Azəryolservis” ASC-də idarə rəisi
Astara Qəzənfər Ağayev İqtisadçı – Naxçıvan Şərab Emalı Zavodu
Balakən İslam Rzayev İqtisadçı – “Azəriqaz” QSC-də
baş mütəxəssis
Beyləqan Asif Ağayev İnşaatçı-mühəndis – SOCAR-da işləyib
Bərdə Vidadi İsayev Tarixçi, tarix müəllimi
Biləsuvar Mahir Quliyev Səbail rayonunda İctimai iaşə idarəsində
Cəbrayıl Kamal Həsənov  İqtisadçı – Mərkəzi Bankda Baş müfəttiş, şöbə müdiri vəzifəsində işləmişdir.
Cəlilabad Namiq Zeynalov Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsini
Daşkəsən Əhəd Abıyev İqtisadçı, hüquqşünas –  Millət vəkili
Füzuli Alı Alıyev İqtisadçı (aqronom) – Füzuli rayon Suvarma Sistemləri idarəsinin rəisi
Gədəbəy İbrahim Mustafayev Prezident Administrasiyasında məsul işçisi vəzifəsində çalışıb
Goranboy Məhərrəm Quliyev Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi
Göyçay Mehdi Səlimzadə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri
Göygöl Arif Seyidov İqtisadçı
Hacıqabul Əhməd Muxtarov İqtisadçı –  ”Azərdənizneftinşaat” trestində müdir müavini
Xaçmaz Şəmsəddin Xanbabayev Mühəndis – Naxçıvan MR-nın baş naziri, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
Xızı Xəzər Aslanov Daxili İşlər Nazirliyində əməliyyatçı, “European-Tabacco-Baku” ASC Marketinq şöbəsi
Xocalı Şahmar Usubov Əzizbəyov rayon enerji satış idarəsində müdir,  Xətai rayon qaz-istismar idarəsində qazın qəbulu, nəqli və satışı sahəsində rəis
Xocavənd Eyvaz Hüseynov Mühəndis – Qarabağ döyüşçüsü
İmişli Vilyam Hacıyev Mülki Aviasiya idarəsində müxtəlif vəzifələrdə
İsmayıllı Mirdaməd Sadıqov  Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru
Kəlbəcər Aqil Məmmədov Müəllim – Göygöl rayon İdman idarəsinin rəisi, Göygöl şəhər 2 saylı tam orta məktəbində müəllim
Kürdəmir Ceyhun Cəfərov Neftçi və iqtisadçı – “Azərbərpa” İstehsalat Birliyində rəis müavini, Nərimanov və Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərində rəis
Qax Musa Şəkiliyev Mühəndis (meşə təsərrüfatı)  – Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, İlisu Dövlət Qoruğunun direktoru, Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini
Qazax Rəcəb Babaşov  Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi
Qəbələ Səbuhi Abdullayev
Qobustan Adil Məmmədov Baytarlıq ixtisası –  Xaçmaz kəndi “Lenin” və “Komsomol” kolxozlarının sədri, Oğuz rayonu Aqrokombinatında baş direktor
Quba Ziyəddin Əliyev Mühəndis, “Azəravtoyol” ASC-nin “Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru
Qubadlı Malik İsaqov Mühəndis – Sumqayıt Elektrik Dəstləşdirmə zavodunun direktoru
Qusar Şair Alxasov Mühəndis – “Azərelektroterm” İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri,
Laçın Aqil Nəzərli İdarəetmə ixtisası –  Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə
Lerik Rövşən Bağırov “Elmarbank”da kredit şöbəsinin müdiri, “Debut” Bankının “Sahil” filialında şöbə müdirinin müavini, “Bakı yoltikintiservis” də baş mühasib
Masallı Rafil Hüseynov Jurnalist – Bərdə rayonu “Kommunizm yolu” qəzetinin redaksiyasında korrektor, ədəbi işçi, müxbir, şöbə müdiri
Neftçala İsmayıl Vəliyev Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini
Oğuz Eyvaz Qurbanov İdman müəllimi və politoloq – T.Bəhramov adına Respublika Stadionunun direktoru
Saatlı Nazim İsmayılov Mühəndis və politoloq –  Göyçay Birləşmiş Qazanxana və İstilik Şəbəkələri idarəsində usta və direktor
Sabirabad Siraqəddin Cabbarov Mühəndis (mexanik) – Bakı Metaləritmə zavodunda mühəndis-texnoloq,  Binəqədi Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə
Salyan Sevindik Hətəmov “Güzdək” daş karxanasında direktor, millət vəkili
Samux Alı Qocayev  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti
Siyəzən Novruz Novruzov Lerik Rayon Komsomol  Komitəsinin birinci katibi, Lerik Rayon Xalq Nəzarəti Komitəsinin sədri, Lerik Rayon Partiya Komitəsinin ikinci katibi
Şabran Asif Hüseynov ARDNŞ Sosial inkişaf idarəsinin rəis müavini
Şamaxı Tahir Məmmədov “İctimai TV” də baş direktorun köməkçisi
Şəmkir Alimpaşa Məmmədov Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi
Şuşa Bayram Səfərov “Azərbaycan Hava Yolları”ında (”AZAL”) çalışıb.
Tərtər Müstəqim Məmmədov Yevlax şəhər İctimai İaşə Müəssisələri Birliyində mühəndis-texnoloq, ticarətin təşkili üzrə inspektor, əmtəəşünas vəzifələrində işləyib.
Tovuz Məmməd Məmmədov Biznes fəaliyyəti ilə məşğul olub
Ucar Mənsur Məmmədov Mühəndis-texnoloq.
Yardımlı Ayaz Əsgərov Nəsimi rayonu İcra Hakimiyyəti Başçısının müavini
Zaqatala Mübariz Əhmədzadə Mühəndis-mexanik –  Qax “Avtonəqliyyat” müəssisəsinin rəhbəri
Zəngilan Ramiz Həsənov Tarixçi – Sumqayıt Şəhər İcra Haкimiyyəti başçısı aparatının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini
Zərdab Lütvəli Babayev Müəllim – Mingəçevir şəhər 7, 11, 12 və 17 saylı orta məktəblərdə müəllim, direktor müavini direktor vəzifələrində işləyib.