Qaxda itkin düşən 82 yaşlı kişinin meyiti tapılıb

18:44 | 5 Sentyabr, 2019

Qax rayonunda itkin düşən ahı kişinin meyiti tapılıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə,rayonun Ləkit kənd sakini 82 yaşlı Aslan Ağamalıyevin meyiti,yaşadığı evdən təqribən 3 kilometr uzaqlıqda meşəlik ərazidə asılmış vəziyyətdə aşkarlanıb.

Fakt araşdırılır.


*** 13:13

Qaxda 88 yaşlı kişi itkin düşüb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Ləkit kənd sakini, 1931-ci il təvəllüdlü Aslan Nuru oğlu Ağamalıyev sentyabrın 1-i səhər saatlarında zəmbil götürərək fındıq yığmağa gedib və indiyə kimi geri qayıtmayıb.

Həmin gündən itkin düşən şəxs kənd sakinləri tərəfindən axtarılsa da hələ də tapılmayıb.

Yaxınları A.Ağamalıyevin itkin düşməsi barədə Qax rayon Polis Şöbəsinə və aidiyyatı qurumlara məlumat veriblər.