İcra başçısı Musa Şəkiliyev Baydarlı kəndininin sakinləri ilə görüş keçirib

01:04 | 6 Sentyabr, 2019

03 sentyabr 2019-cu il tarixdə rayonun  Baydarlı kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən qəbulda vətəndaşlar  tərəfindən müraciətlər qəbul olmuşdur.  Müraciətlər kəndə qaz çəkilişinin sürətləndirilməsi, Baydarlı və Oncallı kəndlərinin giriş yolunun təmiri üçün texnika verilməsi, Kənd qəbirstanlığındakı irigövdəli ağacların budanması  ilə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.