Qax sakini Bakıda evdən 4700 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb

12:46 | 6 Sentyabr, 2019

Bakıda evdən 4700 manat dəyərində qızıl-zinət əşyaları oğurlanılıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 4700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qax rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş H.Qocayev saxlanılıb.