“Səsli kitab fəaliyyətimə bir missiya kimi baxıram” – Sərxan Rüstəmov

15:24 | 15 Sentyabr, 2019

Sərxan Rüstəmov artıq üç ildir ki, YouTube vloggeri kimi fəaliyyət göstərir. O, oxuduğu kitabları kiçik video şərh və səsli kitab formasında izləyiciləri ilə paylaşır. Vloggerin fikrincə, cəmiyyətdə bu sahədə boşluq var. O, bədii əsərlərlə yanaşı uşaq tərbiyəsi ilə bağlı əsərlər səsləndirir.