Qaxda gənc oğlan bıçaqlanıb

12:31 | 16 Sentyabr, 2019

Qax rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, 17 yaşlı Rəşid Rəşad oğlu Məmmədzadə naməlum şəraitdə bıcaqlanib. Qax rayon Mərkəzi Xəstəxanasına catdırılan R.Məmmədzadəyə sol budun arxa nahiyəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Yaralıya tibbi yardım göstərilib, vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.