Qaxda yol qəzası olub, xəsarət alan var

12:33 | 16 Sentyabr, 2019

Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qax-Qıpçaq yolunun 10-cu kilometrliyində, rayonunKeşqutan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Mircəlal Kərim oğlu Nəsrullayevin idarə etdiyi 99-KX-126 dövlət qeydiyyat nişanlı, “Opel Vectra” markalı avtomobil meşə ərazisində idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.