Qax Dövlət Kukla teatrı yeni mövsümü “Göyçək Fatma” tamaşası ilə açıb

19:42 | 20 Sentyabr, 2019

Qax Dövlət Kukla Teatrı sentyabrın 20-də, 48-ci teatr mövsümünün açılış günündə uşaqlara Kəmalə Ağayevanın “Göyçək Fatma” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanı təqdim edib.

Teatrın rejissoru, Əməkdar artist Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada əsas rolları Azər Kərimov, Araz Mehrablı, Afət Yaqubova, Nuru Paşayev, Aynurə Abbasova, Elnarə Razıyeva və başqaları ifa ediblər. Tamaşanın rəssamı Mayis Abdullayevdir.

Teatrın direktoru Nazim Mahmudov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda teatrda Redyard Kiplinqin “Mauqli” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa üzərində məşqlər davam etdirilir. Tamaşa oktyabrın ortalarında uşaqlara təqdim olunacaq. Bundan əlavə, yaradıcı kollektiv oktyabrda Aleksandr Veselovun “Günəş və qar adamları” əsəri üzərində də məşqlərə başlayacaq.