İcra başçısı Musa Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

19:27 | 21 Sentyabr, 2019

Prezident İlham Əliyev  Musa Şəkiliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Şaban oğlu Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, M.Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısıdır. Sentyabrın 23-də onun 60 yaşı tamam olur.