Qaxda kişi meyiti tapılıb

17:24 | 29 Sentyabr, 2019

Qaxda kişi meyiti tapılıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, meyit rayonun Lələli kənd ərazisindəki göldə aşkar edilib.

Meyitin Şəki rayonu Küngüt kənd sakini 32 yaşlı Asiman Məmmədova aid olması məlum olub.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.