Qaxda orta məktəbdə yanğın olub

17:28 | 29 Sentyabr, 2019

Qax rayonunda orta məktəbdə yanğın baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Marsan kənd tam orta məktəbində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində məktəbin idman zalında 2 kvadratmetr hissədə döşəmə yanıb.

Yanğın sondürülüb, hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.