Şəki sakini Qaxda göldə boğulub

17:35 | 29 Sentyabr, 2019

Ötən gün axşam saatlarında Qax rayonu Lələli kəndinin inzibati ərazisində sünü göldə kişi meyiti tapılıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, aparılan araşdırma zamanı suda boğulan şəxsin Şəki rayon sakini 32 yaşlı Asiman Ağəli oğlu Məmmədovun olduğu məlum olub.

Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.