İcra başçısı Musa Şəkiliyev Qazmalar kəndininin sakinləri ilə görüş keçirib

21:53 | 30 Sentyabr, 2019

17 sentyabr 2019-cu il tarixdə rayonun  Qazmalar kəndində Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən qəbulda vətəndaşlar  tərəfindən müraciətlər qəbul olmuşdur.  Müraciətlər kənddə telefon xəttlərindəki nasazlığın aradan qaldırılması, kəndin giriş hissəsinə asfalt tökülməsi, kəndə qaz xəttinin çəkilişinin tezləşdirilməsi  ilə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.