İcra başçısı Musa Şəkiliyev Ağyazı kəndininin sakinləri ilə görüş keçirib

12:49 | 1 Oktyabr, 2019

18 sentyabr 2019-cu il tarixdə rayonun  Ağyazı kəndində Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən qəbulda vətəndaşlar  tərəfindən müraciətlər qəbul olmuşdur.  Müraciətlər kəndə qaz xəttinin çəkilişinin tezləşdirilməsi,  kənddə içməli su probleminin həll olunması,  kənddə elektrik enerjisində tez-tez açılma olduğuna görə tədbir görülməsi ilə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.