Qaxda partlayış baş verib, 4 nəfər xəsarət alıb

11:46 | 8 Oktyabr, 2019

Qaxda partlayış baş verib, xəsarət alanlar var.

Qax.org.az saytının məlumatına görə, bu gün səhər saatlarında Qax Kommunal Müəssisələri Kombinatının işçiləri şəhər ərazisində torpaq yayan zaman naməlum səbəbdən partlayış baş verib.

Nəticədə xəsarət alan 4 nəfər Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.