Qaxda “Hyundai” markalı yük avtomobili aşıb

14:17 | 15 Oktyabr, 2019

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qax rayonunun Suskənd kəndində “Hyundai” markalı yük avtomobili yol kənarına aşıb.

FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.